Bank Of Baku

Azərbaycan paytaxtında çörək ucuzlaşıb

Azərbaycan paytaxtında çörək ucuzlaşıb
# 04 yanvar 2012 14:35 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Bakıxanov Çörək Zavodunun direktoru Rasim Nəbiyev məlumat verib.

R.Nəbiyevin sözlərinə görə, bu gündən 720 qramlıq çörəyin qiyməti 35 qəpikdən 30 qəpiyə endirilib. Çörəyin ucuzlaşmasının səbəbi unun topdansatış qiymətinin enməsidir.

Zavod direktoru əlavə edib ki, son günlərdə unun 50 kq-lıq standart kisəsinin qiyməti 14,6-14,8 manatdan 13,6 manata enib.

«Yaranmış vəziyyət çörəyin qiymətini aşağı salmağa imkan verdi. Biz də dərhal bu addımı atdıq», - deyə R.Nəbiyev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR