Bank Of Baku

Azərbaycan gəncləri ölkənin “Gənclər paytaxtı”nı seçməyə başlayıblar

Azərbaycan gəncləri ölkənin “Gənclər paytaxtı”nı seçməyə başlayıblar
# 05 yanvar 2012 11:33 (UTC +04:00)
Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunacaq. “Gənclər paytaxtı”nın elan olunmasında əsas məqsəd regionlarda gənclərlə işi daha da canlandırmaq və inkişafına şərait yaratmaqdır. 1 il müddətinə seçilən “ Gənclər Paytaxtı”nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir.

Gənclər “Gənclər paytaxtı” nı www.genclerpaytaxti.az saytına daxil olmaqla səsvermə yolu ilə seçə bilərlər. Səsvermə yanvarın 30-i saat 23.59-a kimi davam edəcək. Göstərilən saatdan sonra verilmiş səslər qeydə alınmayacaq. “Gənclər paytaxtı”nın adı 2 fevral - Gənclər Günündə açıqlanacaq. “Gənclər Paytaxtı” nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Bir kompüterdən yalnız bir nəfər bir şəhər və ya rayona səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.

2012-ci ilin Azərbaycanın “Gənclər paytaxtı”nın səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Onlar saytda Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla düzülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR