Bank Of Baku

TQDK Təhsil Nazirliyinin “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi ilə bağlı müraciətinə rədd cavabı verib

TQDK Təhsil Nazirliyinin “Biologiya: ümumi biologiya” adlı vəsaitin etibarsız elan edilməsi ilə bağlı müraciətinə rədd cavabı verib
# 05 yanvar 2012 14:52 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, həmin vəsaitləri çap etmək TQDK-nın hüququdur və onlar satışdan yığışdırılmayacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir dövlət orqanıdır. Əsasnaməsinə görə, TQDK qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə vəsait dərc etmək hüququna malikdir. Komissiya 2007-ci ildən bu vəsaitləri dərc edir. Qiymətləndirmə ilə məşğul olan təşkilatın ali məktəblərə keçirilən imtahanlara hazırlaşan namizədlərə kömək məqsədilə vəsaitlər dərc etməsi bütün dünyada qəbul edilən normadır. Bu vəsaitlər dərsliyi əvəz etmək məqsədi daşımır. Hər bir gənc təhsil aldığı müddətdə ilk növbədə orta məktəb dərsliklərindən bilik əldə edir. Bu bilikləri qəbul imtahanları ərəfəsində sistemləşdirmək üçün demək olar ki, bütün fənlər üzrə vəsaitlər dərc edilir. “Biologiya” bölməsinin açıqlamasında bildirilir ki, guya Təhsil Nazirliyi 2011-ci ildə bu vəsaitə qrif verməyib, ona görə də, bu, dərs vəsaiti ola bilməz. Komissiyanın nəşri olan “Biologiya” vəsaitinin üzərində “dərs vəsaiti” yox, sadəcə “vəsait” yazılıb. Bu vəsaitlərin abituriyentlərə nə cür kömək göstərdiyini də araşdırmışıq. Hər il qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentlərlə anket sorğuları da aparılır. Son illər keçirilən bu sorğular göstərib ki, komissiya tərəfindən nəşr edilən bu vəsaitlər imtahana hazırlıq prosesində onların stolüstü kitabı olub. Xüsusən də ucqar rayonlarda yaşayan abituriyentlərə bu vəsaitlər orta məktəbdəki biliklərini ümumiləşdirməkdə çox yardımçı olur. Özünütədris vasitəsi kimi bu vəsaitlər Azərbaycan gəncliyinə, müəllimlərə və pedoqoji ictimaiyyətə əvəzsiz töhfədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR