Bank Of Baku

“İnkişaf və sülh ideyaları” kitabı çapdan çıxıb

“İnkişaf və sülh ideyaları” kitabı çapdan çıxıb
# 05 yanvar 2012 16:17 (UTC +04:00)
Bakı - APA. Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları” adlı yeni kitabı nəşr olunub.

APA-nın məlumatına görə, kitabda əsasən Azərbaycanda cəmiyyətin gələcək inkişafı, sülhün qorunub saxlanması və möhkəmləndirilməsi üçün bəzi ideyalar öz əksini tapıb. Qərb və Şərq mədəniyyət arealları arasında aralıq coğrafi mədəniyyət məkanı kimi Azərbaycanın oynadığı mədəniyyət qovuşdurucu funksiyasının daha da genişləndirilməsi üçün bəzi ideyalar irəli sürülüb, təkliflər verilib.

Kitabda həmçinin qeyd edilir ki, Azərbaycanda sistemli, rasional-estetik cəmiyyətin qurulması ölkənin hazırkı və gələcək siyasətinin güclənməsi üçün prioritet istiqamətə çevrilməlidir. Yekunda belə qənaətə gəlinir ki, bir tərəfdən inkişaf, digər tərəfdən beynəlxalq sülh məkanına çevrilmə mövcud və gələcək zamanda ölkənin müdafiə qabiliyyətini artıran əsas istiqamətlərdir.

Qeyd edək ki, E.Nəsibov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini (bakalavr və magistr pillələri üzrə) və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirib. O, “ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionunda strateji maraqları və Azərbaycan Respublikası” (2006), iki cildlik “Siyasət” (2009 və 2010) və “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri” (2010) adlı kitabların müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR