Bank Of Baku

“Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası çap olunub

“Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” adlı yaddaş kitabçası çap olunub
# 06 yanvar 2012 08:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu “Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar (yaddaş kitabçası)” çap edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabçada erməni terrorçu və quldur birləşmələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi cinayətlər tarixi faktlarla diqqətə çatdırılıb.

Kitab İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı tərəfindən nəşrə hazırlanıb. Kitabın elmi redaktoru institutun direktoru Aytən Mustafayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR