Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, temperatur yüksələcək

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, temperatur yüksələcək
# 06 yanvar 2012 08:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Yanvarın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək.
Səhər duman və çiskin olacaq. Axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 7-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

Yanvarın 8-də bölgələrdə havanın gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR