Bank Of Baku

Meşə yanğınlarının qarşısının alınması məqsədilə təlim məşqləri keçirilib

Meşə yanğınlarının qarşısının alınması məqsədilə təlim məşqləri keçirilib
# 06 yanvar 2012 09:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşları meşələrdə baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yanğın baş verən zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə təlim məşqləri keçiriblər. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, təlim Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları ilə birlikdə Şamaxı meşəbəyliyinin otlaq sahəsi ilə həmsərhəd olan Qozluq adlanan ərazidə gerçəkləşib.

Təlim məşqlərində meşələrdə yanğın baş verərkən müxtəlif vasitələrlə yanğının söndürülməsi, mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın vasitəsilə suyun daha uzaq məsafələrə vurulması və yanğının geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi şəxsi heyətə nümayiş etdirilib.

Təlimdə 30 nəfərə yaxın şəxsi heyətin iştirakı ilə müxtəlif texniki vasitələrdən istifadə edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR