Bank Of Baku

Azərbaycanda heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanılıb

Azərbaycanda heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanılıb
# 06 yanvar 2012 10:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Azərbaycanda iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlayıb. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, xırdabuynuzlu heyvanların peyvəndləməsi isə bu ilin ikinci rübündən başlayacaq. Y.Xanvəli deyib ki, bu ilin 11 ayında qarayara xəstəliyinə qarşı ölkədə 2798687 baş iribuynuzlu, 7459134 baş xırdabuynuzlu, 105245 baş təkdırnaqlı heyvanlarda və 6906 baş donuzda peyvəndləmə aparılıb.

Y.Xanvəlinin sözlərinə görə, bu il iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək və xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə qan nümunələrinin alınmasına da başlanılıb. 2011-ci ilin 11 ayı ərzində ölkədə 1190795 baş iribuynuzlu, 309539 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq müvafiq laboratoriyalarda seroloji müayinə aparıldığını deyən Y. Xanvəli bildirib ki, 1787 baş iribuynuzlu, 796 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib: “Xəstəlik aşkarlanan heyvanlar brusellyoz xəstəliyi ilə bağlı təlimata uyğun olaraq, zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR