Bank Of Baku

Təhsil naziri məktəblərdə 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb

Təhsil naziri məktəblərdə 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb
# 06 yanvar 2012 12:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar nazirliyin tədbirlər planı təsdiq edilib. Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək. Əmrə əsasən, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə yanvarın 26-dək nazirliyə hesabat təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR