Bank Of Baku

Azərbaycanda neft-qaz quyularının qazılmasında istifadə olunan məhlulların zərərini minimuma endirmək üçün tədqiqatlara başlanıb

Azərbaycanda neft-qaz quyularının qazılmasında istifadə olunan məhlulların zərərini minimuma endirmək üçün tədqiqatlara başlanıb
# 06 yanvar 2012 12:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Mikrobiologiya İnstitutunun alimləri ilə birgə neft-qaz quyuları qazılan zaman istifadə olunan qazma məhlullarının zərərlərini minimuma endirmək üçün tədqiqatlara başlayıblar. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmdə “şlam” adlanan bu məhlul ətraf mühitə zərərli, insanların səhhəti üçün isə təhlükəlidir. İşlər “Sintetik alfa-olefinlərlə və radionuklidlərlə çirklənmiş qazma şlamlarının öyrənilməsi və təmizlənəsi üçün biotexnoloji üsulun işlənilməsi” adlı layihə çərçivəsində görülür. Ukrayna Elmi-Texnoloji Mərkəzi tərəfindən təşkil olunmuş bir illik layihənin rəhbəri Mikrobiologiya İnstitutunun alimi Nəriman İsmayılov, Geologiya İnstitutu tərəfdən həmrəhbəri isə institutun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri Çingiz Əliyevdir. Tədqiqatlarda AMEA-nın müxbir üzvləri Əkbər Feyzullayev və Qalib Əfəndiyev də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR