Bank Of Baku

Avropada işsizlik səviyyəsi tarixi maksimuma çatıb

Avropada işsizlik səviyyəsi tarixi maksimuma çatıb
# 06 yanvar 2012 13:12 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonanın 17 ölkəsində işsizlik səviyyəsi 2011-ci ilin noyabr ayında bir ay əvvəlki səviyyədə qalaraq 10,3% təşkil edib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu, avronun dövriyyəyə buraxılmasından əvvəl - 1998-ci ilin iyun ayından bəri maksimal göstərici sayılır.

Avropa Birliyindən fərqli olaraq, ABŞ-da işsizlik səviyyəsi aşağı enir. Birləşmiş Ştatlarda işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı ötən həftə 372 minə enib. Özəl sektorda iş yerlərinin sayı isə 325 minə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR