Bank Of Baku

Azərbaycan paytaxtının 5 rayonunun su təminatında problem yaranıb

Azərbaycan paytaxtının 5 rayonunun su təminatında problem yaranıb
# 07 yanvar 2012 09:15 (UTC +04:00)
«Azərsu» ASC-dən «APA-Economics»ə bildirilib ki, paytaxtın şərq hissəsində yerləşən «+69 Şərq» su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar yanvarın 7-8-də həmin ərazilərə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR