Bank Of Baku

Abşeronun şərqində genişmiqyaslı arxeoloji tədqiqatlar aparılacaq

Abşeronun şərqində genişmiqyaslı arxeoloji tədqiqatlar aparılacaq
# 07 yanvar 2012 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Abşeronun şərqində - Kələzağ-Dübəndi istiqamətində genişmiqyaslı arxeoloji tədqiqatlar aparacaq. Bu barədə APA-ya institutun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib. Onun sözlərinə görə, tədqiqatlara Mədəniyyət və Turizm Nazirliyi də dəstək verəcək.

İ. Əliyev deyib ki, sözügedən ərazidə tunc dövründən tutmuş orta əsrlərə qədər dövrləri əhatə edən, tarixi, etnoqrafik, turizm baxımından əhəmiyyətli abidələr yerləşir: “Bu ərazi Abşeronda toxunulmayan, ibtidailiyini saxlayan yeganə abidədir. Bura sanki Qobustanın bir variantıdır. Ərazidə köhnə xırman yerləri, yeraltı mağaralar, təsərrüfat tikililərinin qalıqları, kurqanlar, qədim samanlıq yerləri və s. var”.

Ekspedisiya rəhbərinin sözlərinə görə, ərazi arxeoloqlara çoxdan məlum olsa da, burada indiyədək ancaq kəşfiyyat işləri aparılıb. Genişmiqyaslı tədqiqat işləri isə ilk dəfə aparılacaq: “Gələcəkdə burada tarixi, etnoqrafik təbiət qoruğu yaradıla bilər. Kələzağ-Dübəndi ərazisi turizm baxımından çox cəlbedici yerdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR