Bank Of Baku

Azərbaycanda Mərkəzi Klinik Xəstəxanaya transplantasiya ilə məşğul olmaq icazəsi verilib

Azərbaycanda Mərkəzi Klinik Xəstəxanaya transplantasiya ilə məşğul olmaq icazəsi verilib
# 09 yanvar 2012 13:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan prezidentinin Xüsusi Tibb Xidmətinin tərkibində olan Mərkəzi Klinik Xəstəxanaya insan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirmək səlahiyyəti verilib.

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə» qərara əsasən, “Mərkəzi Klinika” MMC insan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına daxil edilib. Burda böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi 12-barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi kimi orqanların transplantasiyasını həyata keçirmək mümkün olacaq.

Xatırladaq ki, indiyədək insan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrəklərin transplantasiyası üzrə), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişası), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası) daxil idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR