Bank Of Baku

Ötən il Səhiyyə Nazirliyi tərəfindən 56 nəfərə ixtisas dərəcəsi verilib

Ötən il Səhiyyə Nazirliyi tərəfindən 56 nəfərə ixtisas dərəcəsi verilib
# 09 yanvar 2012 13:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011-ci ildə Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 5103 nəfərdən sənəd qəbul edilib. Onlardan 3324-ü imtahanlardan keçib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il birinci cəhddən imtahanlardan keçməyənlərin sayı 235, 2-ci cəhddə iştirak edənlərin sayı isə 65 olub. 2-ci cəhddə iştirak edənlərdən 55 nəfəri imtahanlardan keçib, 10-u isə uğur qazana bilməyib.

Nazirlik imtahanlarda yığılan balların hesabatını da açıqlayıb. Məlumata görə, 1306 nəfər 90 baldan çox, 1647 nəfər 75-90 arası, 371 nəfər isə 60-75 arası bal toplayıb.

Ötən il ixtisas dərəcəsi alanların ümumi sayı isə 56 olub. Onlardan 29-u 2-ci dərəcə, 9-u 1-ci dərəcə, 18-i isə 9 ali dərəcə alıb. Ümumilikdə sertifikat alanların sayı 3035 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR