Bank Of Baku

Təhsil Nazirliyi ötən il əmək müqavilələri ləğv edilən müəssisə rəhbərlərinin və dövlət qulluqçularının sayını açıqlayıb

Təhsil Nazirliyi ötən il əmək müqavilələri ləğv edilən müəssisə rəhbərlərinin və dövlət qulluqçularının sayını açıqlayıb
# 09 yanvar 2012 14:20 (UTC +04:00)
Bütün bunlar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunun icrası ilə bağlı olaraq həyata keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı verilən əmrdə təhsil sahəsində çalışan və yaşı 65-dən yuxarı işçilərlə bir il müddətinə əmək müqaviləsinin uzadılmasına imkan verən meyarlar müəyyənləşdirilib və həmin meyarlara cavab verən rəhbər işçilərlə - 10 məktəb direktoru, 3 məktəbdənkənar müəssisə rəhbəri və 9 məktəbəqədər tərbiyə müəssisə rəhbəri ilə bir il müddətinə əmək müqaviləsi bağlanılıb. Eyni zamanda yerlərdə təhsil müəssisələrində həmin kateqoriyadan olan işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi il bağlı tədbirlərin qanunvericiliyə uyğun həyata keçirilməsi və nəticələr barədə məlumatların nazirliyə göndərilməsi, onların dərs yükünün və ya qruplarının digər işçilər arasında mövcud normalara uyğun bölüşdürülməsi barədə tapşırıqlar verilib.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” qanununun icrası ilə bağlı imzalanmış Təhsil Nazirliyinin əmri ilə sistem üzrə nomenklaturaya daxil olan və yaşı 65-dən yuxarı təhsili yerli idarəetmə orqanlarında çalışan dövlət qulluqçuları barədə məlumatlar toplanaraq bazadakı məlumatların dəqiqləşdirilməsi və təhlili aparılaraq onlarla bağlanmış əmək müqavilələrinin ləğvi barədə əmr layihələri hazırlanaraq imzaya təqdim olunub. Beləliklə, respublika üzrə 53 dövlət qulluqçusu ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 10 nəfərlə isə yenidən bir illik müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR