Bank Of Baku

Ötən il Azərbaycanda 48 nəfər test imtahanından keçərək məktəb direktoru təyin olunub

Ötən il Azərbaycanda 48 nəfər test imtahanından keçərək məktəb direktoru təyin olunub
# 09 yanvar 2012 14:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ötən ilin aprel ayında 58 vakant ümumtəhsil məktəbinin direktoru vəzifəsinə namizədlərdən yalnız 28-i test imtahanından və nazirlik, aidiyyəti struktur bölmə rəhbərlərindən ibarət komissiya tərəfindən keçirilən müsahibədən keçərək vəzifəyə təyin ediliblər. Təhsil nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə əmrlər hazırlanıb və yerli təhsili idarəetmə orqanlarına göndərilib. Mayın 27-də isə məktəb direktoru vəzifəsinə namizədlərdən 20 nəfər təqdim olunduğu vəzifəyə təyin olunub.

Nazirlikdən bildirilib ki, nomenklaturaya edilmiş dəyişikliklərə əsasən, ümumtəhsil məktəbləri direktorlarının işə qəbulunun şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə mərkəzləşdirilmiş qaydada test imtahanlarının keçirilməsi qərara alınıb.

Bu məqsədlə təhsil qanunvericiliyi, idarəetmə, müasir qiymətləndirmə mexanizmləri, kurikulum, əmək qanunvericiliyi və sairlə bağlı test sualları hazırlanaraq kompüterdə yerləşdirilib. Məktəb direktoru vəzifəsinə namizədlərin işə qəbulu zamanı həmin test bazasından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR