Bank Of Baku

Ermənilərin Azərbaycanın milli musiqi alətlərini erməni aləti adı ilə satmaq cəhdinin qarşısı alınıb

Ermənilərin Azərbaycanın milli musiqi alətlərini erməni aləti adı ilə satmaq cəhdinin qarşısı alınıb
# 09 yanvar 2012 14:54 (UTC +04:00)
Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya bildirib ki, Rusiyanın Slando.ru saytında Azərbaycan milli musiqi alətləri olan tar, kamança və sazın erməni musiqi alətləri adı ilə pulsuz satış elanı yerləşdirilib. Bununla bağlı MHA sözügedən sayta etiraz məktubu göndərib. Məktubda qeyd edilib ki, bu, ermənilərin növbəti plagiat cəhdidir: “Bu alətlər Azərbaycanın milli musiqi alətləridir. Ermənilər Azərbaycanın milli musiqi alətlərini öz adlarına çıxmaqla bərabər, başqa folklor nümunələrini mənimsəməyə də cəhd edirlər. Bunu tanınmış erməni araşdırmaçıları da təsdiqləyiblər. Vaxtilə ermıni musiqi tədqiqatçısı Nalbandyan bildirib ki, “erməni aşıqları ancaq ona görə erməni saymaq olar ki, onlar erməni ailəsində doğulublar, onların istifadə etdiyi misiqi alətləri- tar, kamança, saz, santur türk alətləridir”. X. Həsənli deyib ki, Agentliyin bu məktubundan sonra Slando.ru sözügedən elanı saytdan yığışdırıb.

Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə ötən il erməni oğurluqları ilə bağlı MHA-ya ölkə daxilindən 20-dək müraciət daxil olub: “Bu faktların hər biri ilə bağlı Agentlik həm Ümumdünya Əqli Mülkiyyət Təşkilatını, həm də Azərbaycandan kənarda milli musiqi alətlərini, nəğmələrini ermənilərin adı ilə təqdim edən istifadəçiləri məlumatlandırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR