Bank Of Baku

Azərbaycanda quduzluq xəstəliyi artıb

Azərbaycanda quduzluq xəstəliyi artıb
# 10 yanvar 2012 08:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Ötən il Azərbaycanda quduzluq xəstəliyini aşkar etmək üçün 71 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan 32-si müsbət, qalanları isə mənfi olub”. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib.

Y. Xanvəli deyib ki, təbii fəlakətlər, vəhşi heyvanların öz yaşayış arealını genişləndirmələri, vəhşi heyvanlar arasında “oral” vaksinasiyanın aparılmaması və digər amillər Azərbaycanda quduzluq xəstəliyinin artmasına səbəb olub: “Azərbaycanda quduzluq xəstəliyinin artmasının digər əsas səbəbi isə erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyalarının artmasıdır. Bütün bunların nəticəsidir ki, bir sıra rayonlarda kənd təsərrüfatı heyvanları, hətta insanlar vəhşi heyvanların hücumuna məruz qalırlar. Bununla əlaqədar olaraq quduzluğa görə epizootik durumu mürəkkəb olan bəzi kənd və qəsəbələrin də kənd təsərrüfatı heyvanlarının antrabik vaksinlə məcburi peyvənd edilməsi işləri həyata keçirilib”.

DBX-nin mətbuat xidmətinin rəhbəri bəyan edib ki, heyvanlar arasında bu xəstəliyə qarşı lazımı tədbirlər aparmaq üçün ölkədə kifayət qədər ehtiyat vaksin və dezinfeksiyaedici maddələr var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR