Bank Of Baku

Dövlət Baytarlıq Xidməti 2011-ci ildə görülmüş işlərə dair hesabatını açıqlayıb

Dövlət Baytarlıq Xidməti 2011-ci ildə görülmüş işlərə dair hesabatını açıqlayıb
# 10 yanvar 2012 08:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) 2011-ci ildə görülmüş işlərə dair hesabatını açıqlayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il ölkədə qarayara xəstəliyinə qarşı 2798887 baş iribuynuzlu, 7459134 baş xırdabuynuzlu, 105245 baş təkdırnaqlı heyvanlarda və 6906 baş donuzda peyvəndləmə aparılıb. Quduzluq xəstəliyinə qarşı 245590 itdə, qoyunların çiçək xəstəliyinə qarşı 980727 baş davarda, leptospiroza qarşı 748800 baş qaramalda, 567084 baş davarda profilaktik peyvəndləmə aparılıb.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, yayılmasının qarşısını almaq məqsədilə 1190795 baş iribuynuzlu, 309539 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınıb və müayinə aparılıb, 1787 baş iribuynuzlu, 796 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə çıxan heyvanlar bruselyozun təlimatına uyğun olaraq zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. Bruselyoza görə 4606997 baş davar peyvənd edilib. İribuynuzlu heyvanlar arasında vərəm xəstəliyi aşkar edilməyib.

Ötən il Azərbaycandan 986970 ədəd iribuynuzlu, 1813560 ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 335 ton mal əti konservası, 13130 kq dondurma və sair ixrac edilib. Ölkəyə 9097 ton mal əti, 23936 ton quş əti, 7472 ton balıq, 1573 ton quş əti sosiskası, 155 ton quş əti kolbasası, 2327 ton donuz əti, 2845 ton donuz piyi, 1744 ton süd, 8447 ton süd məhsulları, 5066 ton pendir və sair məhsullar idxal olunub.

“Quş qripi”nin profilaktikası ilə əlaqədar 2011-ci ildə ev və çöl quşları arasında müvafiq olaraq 7 dəfə monitorinq keçirilib, 8826 baş ev və çöl quşunun qan nümunələri, 255 baş ev və çöl quşunun patmaterialı müayinə edilib. Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR