Bank Of Baku

Ağdamda ev heyvanları arasında dabaq xəstəliyi yayılıb

Ağdamda ev heyvanları arasında dabaq xəstəliyi yayılıb
# 10 yanvar 2012 10:27 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycanın Ağdam rayonunun işğal olunmamış ərazilərində mal-qara arasında dabaq xəstəliyi sürətlə yayılır. APA-nın Qarabağ bürosunun xəbərinə görə, artıq bir neçə yaşayış məntəqəsində sakinlərə məxsus ev heyvanları arasında xəstəliyin ən ağır halı müşahidə edilir. Rayonun Alıbəyli və Böyükbəyli kəndlərindən olan fermerlər APA-ya xəstəlik əleyhinə vaksin tapa bilmədiklərini deyiblər. Onlar yerli Baytarlıq İdarəsinə və baytarlıq apteklərinə müraciət etdiklərini və əliboş geri qayıtdıqlarını bildiriblər.
Ağdam Rayon Baytarlıq İdarəsinin rəisi Sərhad Bəxtiyarov APA-ya faktı təsdiqləyib. O bildirib ki, kəndlərdə iribuynuzlu mal-qara arasında dabaq xəstəliyinin yayılmasına dair məlumatlar daxil olmaqdadır və bu barədə Dövlət Baytarlıq Xidmətinə məlumat verilib: “Dabaq əleyhinə vaksin ölkəyə ildə iki dəfə gətirilir. Hazırda vaxtı ötməmiş dərman tapmaq çox çətindir”.
Xəstəliyin belə sürətlə yayılmasına münasibət bildirən S. Bəxtiyarovun sözlərinə görə, dabaq virusunun geniş yayılmasına əsas səbəb mal bazarlarıdır: “Ayrı-ayrı yerlərdə peyvənd olunmamış mal-qara bazarlara çıxarılır. Yerdəyişmələr həmin heyvanlarda mövcud olan xəstəliklərin başqa mal-qaralara da keçməsinə səbəb olur. Mal-qara ticarəti ilə məşğul olan adamlar da bir-birilərinə alıb satdıqları heyvanların sağlamlığı barədə heç bir məlumat vermirlər. Bu da həmin xəstəliyin yayılmasına gətirib çıxarır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR