Bank Of Baku

Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsi tərtib edilib

Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsi tərtib edilib
# 10 yanvar 2012 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsini tərtib edib. APA-nın məlumatına görə, bu barədə ötən ilin yekunları ilə bağlı keçirdiyi konfransda Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib. O qeyd edib ki, ötən il ərzində institutun alimləri AMEA Coğrafiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Ukrayna Elm və Texnologiya Mərkəzi tərəfindən maliy¬yə¬lə¬şdirilən (UETM-AMEA) qrant layihəsi - “Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından istifadə etməklə, Xəzər dənizi ətraf mühitinin vəziyyətinin GİS analizi” üzrə tədqiqatları davam etdiriblər. Bu işlər nəticəsində Xəzər regionunun hidrometeoroloji parametrləri üzrə məlumat bazası yaradılıb, sualtı vulkanlar və antropogen çirklənmə mənbələri göstərilməklə Abşeron arxipelaqının dibinin rəqəmsal xəritəsi tərtib edilib. Xəritədə Bakı buxtası və Abşeron arxipelaqı akvatoriyasındakı neft ləkələri aşkar edilib və kəmiyyətcə qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR