Bank Of Baku

“Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”nin rəqəmsal variantı hazırlanıb

“Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”nin rəqəmsal variantı hazırlanıb
# 10 yanvar 2012 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən 1:500 000 miqyaslı “Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”nin rəqəmsal variantı işlənib hazırlanıb. APA-nın xəbərinə görə, bunu ötən ilin yekunları ilə bağlı konfransda institutun direktoru Akif Əlizadə bildirib. O qeyd edib ki, “2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı” adlı dövlət tapşırığı çərçivəsində Xəzər dənizinin qərb sahi¬linin və aşağı Kür çökək¬liyinin müasir geodi¬namik hərəkətləri haqda məlumat bazası yaradılıb.

A. Əlizadə bildirib ki, ötən il ərzində Şəki-Şamaxı, Quba, Şamaxı-İsmayıllı geodinamik poliqon¬larında qravitasiya potensialının səciyyəvi anomal dəyişiklikləri öyrənilib: “Axır 30 ildə maqnitudaları 4 -6,5 olan zəlzələlərdən əvvəl seysmomaqnit effekt¬lə¬rin müəyyənləşdiyi bütün məlumatların saxla¬nıl¬dığı elektron ban¬kı yaradılıb. Abşeron yarımadasında və Xəzərin qərb sahilində yerləşən GPS nöqtələrində monitorinq aparılıb və seysmotektonik deformasiyalar öyrənilib. Deformasiya və seys¬mik məlumatlar əsasında ərazinin risk xə¬ri¬tələri hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR