Bank Of Baku

Müəllif Hüquqları Agentliyi: Azərbaycanda piratçılığın səviyyəsi xeyli aşağı düşüb

Müəllif Hüquqları Agentliyi: Azərbaycanda piratçılığın səviyyəsi xeyli aşağı düşüb
# 10 yanvar 2012 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-ci ildə Azərbaycanda piratçılığa qarşı mübarizə gücləndirilib, Milli Antipirat Proqramı yeniləşdirilib. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. O qeyd edib ki, Azərbaycanda piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2011-ci ildə kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsul bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə endirilib.

X. Həsənli deyib ki, piratçılığa qarşı aidiyyəti orqanlar tərəfindən görülən tədbirlər nəticəsində son illərdə 15 min nüsxədən çox pirat CD, DVD, audio və videokasset satış şəbəkələrindən çıxarılıb: “Təhlillər göstərir ki, Agentliyin müvafiq dövlət orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda piratçılığın səviyyəsi xeyli aşağı düşüb. Azərbaycan MDB məkanında ilk və yeganə dövlətdir ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmadan və məlum TRİPS sazişini imzalamadan ABŞ-ın 301-ci Proqramının pirat ölkələr sırasından çıxarılıb”.

İl ərzində Agentliyin nəzdində 960 nömrəli “Qaynar xətt” açılıb, ictimai əsaslarla “Hüquq məsləhətxanası” fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə “Microsoft” şirkəti arasında imzalanan saziş çərçivəsində bütün dövlət orqanlarında lisenziyalı proqram təminatından istifadə ilə bağlı MHA-nın səlahiyyətləri çərçivəsində işlər davam etdirilib. Yaxın zamanlarda agentlik tərəfindən hazırlanmış “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqnda” yeni qanunun qəbul edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR