Bank Of Baku

2011-ci ildə Müəllif Hüquqları Agentliyində 517 əsər qeydiyyatdan keçirilib

2011-ci ildə Müəllif Hüquqları Agentliyində 517 əsər qeydiyyatdan keçirilib
# 10 yanvar 2012 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-ci ildə Müəllif Hüquqları Agentliyində (MHA) 517 əsər qeydiyyatdan keçirilib. Bu barədə APA-ya ötən ilin yekunları ilə bağlı açıqlamasında agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli məlumat verib. O bildirib ki, hazırda MHA-nın rəqəmli multimedia kitabxanasında 1000-dən artıq folklor nümunəsi və Azərbaycanın mədəni irsinə aid digər obyektlər toplanıb. İl ərzində əsərlərin və müəlliflərin rəqəmli qeydiyyat bazası yeniləşdirilib, burada indiyədək qeydiyyatdan keçirilmiş 8 mindən artıq əsər və digər oxşar əqli mülkiyyət obyektləri və onların müəllifləri (hüquq sahibləri) haqqında məlumatlar toplanıb, qeydiyyatı online rejimində həyata keçirmək imkanı yaradılıb.

Hesabat ili ərzində istifadəçi təşkilatlar tərəfindən hesablanan və agentliyin hesabına köçürülən qonorarın müəlliflərə və digər hüquq sahiblərinə ödənilməsi üçün lazımi tədbirlər görülüb. Belə ki, əsərlərdən istifadəyə görə istifadəçi təşkilatlar tərəfindən 110318.35 manat qonorar hesablanıb, 265 nəfər müəllifə 69282 manat qonorarın elektron kartlar vasitəsilə ödənilməsi təmin edilib.

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunması və qarşılıqlı yardım göstərilməsi sahəsində agentlik və Rusiya Müəllif Cəmiyyəti arasında bağlanan sazişin müddəalarına uyğun olaraq Azərbaycan müəlliflərinə ödəniləcək qonorarın köçürülməsi üçün zəruri işlər görülüb, həmin təşkilatdan ötən il daxil olmuş 23719,70 manat qonorar təyinatı üzrə bölünərək sahiblərinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR