Bank Of Baku

“Meşələri qoruyaq” gənc meşəçilərin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Meşələri qoruyaq” gənc meşəçilərin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 10 yanvar 2012 14:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Təhsil Nazirliyində “Meşələri qoruyaq” gənc meşəçilərin respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin Azərbaycanda “Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə təşkil olunmuş müsabiqənin respublika mərhələsinə 53 rayon və şəhərdən 300-ə qədər yaradıcılıq işi təqdim olunub.

Təhsil nazirinin müavini Qulu Novruzov müsabiqənin bu mərhələsinin 3 nominasiya və 3 mərhələ üzrə respublikanın orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, “Gənc meşəçilər” dəstələrinin üzvləri arasında keçirildiyini deyib. Naxçıvan MR, Bakı, Şamaxı, Lənkəran, Qax, Şirvan, İsmayıllı, Göyçay, Tərtər, Şabran, Tovuz, Xaçmaz, digər şəhər və rayon məktəblilərinin yaradıcılıq işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Şagirdlər I, II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülüblər.

Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR