Bank Of Baku

“Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” ilə əlaqədar regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin iclası keçirilib

“Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” ilə əlaqədar regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin iclası keçirilib
# 10 yanvar 2012 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi”nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar Azərbaycanın regionlarında yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin iclası keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul şəxsləri ilə yanaşı, TQDK-nın regional bölmələrinin nümayəndələri də video əlaqə vasitəsilə iştirak ediblər. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunmuş və qrafik müəyyən edilib.

Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi ölkə prezidentinin 23 fevral 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən yaradılıb. Sistemə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR