Bank Of Baku

Müəllif hüquqları ilə bağlı qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması ilə bağlı qanun layihələrinin yekun variantları Nazirlər Kabinetinə təqdim edilib

Müəllif hüquqları ilə bağlı qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması ilə bağlı qanun layihələrinin yekun variantları Nazirlər Kabinetinə təqdim edilib
# 10 yanvar 2012 15:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son beş ildə Azərbaycanda müəllif hüquqları ilə bağlı 30-dək qanunvericilik aktı qəbul edilib və ya edilmə mərhələsindədir”. Müəllif Hüquqları Agentliyindən (MHA) APA-ya verilən məlimata görə, agentlik “Azərbaycan Respublikası qanunvericiliyinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılmasına dair Əlavə tədbirlər Planı”na uyğun olaraq bir sıra qanunvericilik aktlarının layihələrinin yekun variantlarını Nazirlər Kabinetinə təqdim edib. Bunlar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqnda” Qanun layihəsi, “Kommersiya sirri haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihələri, “Müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə”, “Kitablara, dövri nəşrlərə, audiovizual əsərlərə və səsyazmalara beynəlxalq standart nömrələrinin verilməsi ilə bağlı bəzi məsələlər haqqında”, “Əqli mülkiyyət hüququ obyektlərinin elektron ticarətinin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin qərar layihələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR