Bank Of Baku

Bakıda “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
# 11 yanvar 2012 07:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il mayın 7-dən 10-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans görkəmli şərqşunas və tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, AMEA-nın həqiqi üzvü Ziya Bünyadovun anadan olmasının 90 illiyinə həsr ediləcək. Konfransın işi “Akademik Ziya Bünyadovun tarix mənbəşünaslıq elmində və orta əsrlər Şərqinin tarixi məsələlərinin tədqiqində xidmətləri” və “Orta əsrlər müsəlman Şərqinin mənbəşünaslıq və tarixşünaslıq məsələləri” bölmələri üzrə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR