Bank Of Baku

Şahdağ turizm kompleksinin tikilməsi ilə əlaqədar evləri tikinti sahəsinə düşən sakinlər üçün yeni yaşayış evləri inşa olunub

Şahdağ turizm kompleksinin tikilməsi ilə əlaqədar evləri tikinti sahəsinə düşən sakinlər üçün yeni yaşayış evləri inşa olunub
# 11 yanvar 2012 08:05 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Azərbaycanın Qusar rayonunda Şahdağ qış-yay turizm kompleksinin tikilməsi ilə əlaqədar olaraq evləri tikinti sahəsinə düşən Kuzun kənd sakinləri üçün yeni yaşayış evləri tikilib. Qusar rayonunda inşa olunan Şahdağ qış-yay turizm kompleksinin ərazisinə düşən 24 yaşayış evi isə sökülüb. Bu barədə APA-nın şimal bürosuna Kuzun kənd bələdiyyəsinin sədri, Rafiq Dostəliyev məlumat verib. Onun sözlərinə görə, həmin yaşayış evləri turizm kompleksinin ərazisində inşa olunub: “Bu yaşayış evlərinin əksəriyyəti qanunsuz tikilmişdi. Buna baxmayaraq, Kuzun kəndinin ərazisində evi sökülən 24 vətəndaş üçün yeni müasir standartlara cavab verən evlər tikilib. Artıq 18 ailə həmin evlərə köçürülüb. Digər 6 ailə isə yaxın zamanlarda köçürüləcək”.

Qeyd edək ki, kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. Bu kompleks Qusar rayon mərkəzindən 32 kilometr məsafədə yerləşir. Kompleksin ümumi ərazisi 2058 hektardır. Tikinti aparılan ərazi Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR