Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi davam etdirilir

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi davam etdirilir
# 11 yanvar 2012 08:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi işləri bu ilin əvvəlindən Bakı şəhərində və respublikanın 14 şəhər-rayonunda davam etdiriləcək. “APA-Economics”in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

Onun sözlərinə görə, ötən ilin avqust ayından etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanılıb. Əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin digər bölgələrdə də davam etdirilməsinə əsas verir.

“Bu mexanizmlərin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra vətəndaşların elektron poçt ünvanına həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir” - deyə nazir müavini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR