Bank Of Baku

Nazir müavini: “Məmur-vətəndaş münasibətlərində baş verən neqativ hallara qarşı inzibati metodlarla mübarizə kifayət deyil”

Nazir müavini: “Məmur-vətəndaş münasibətlərində baş verən neqativ hallara qarşı inzibati metodlarla mübarizə kifayət deyil”
# 11 yanvar 2012 08:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Ünvanlı sosial yardımların (ÜSY) verilməsi ilə bağlı məmur-vətəndaş münasibətlərində baş verən neqativ hallara qarşı inzibati metodlarla mübarizə kifayət deyil. “APA-Economics”in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

Onun sözlərinə görə, bunun üçün mexanizmin özünün təkmilləşdirilməsi lazımdır: Bu məqsədlə alternativ müraciət və digər mexanizmlərin tətbiqi bu sahədə şəffaflığa gətirib çıxaracaq”.

Nazir müavini qeyd edib ki, ÜSY ödənişlərinin alınması üçün vətəndaşların müəyyən qədər sənəd toplaması tələb olunur: “Sənədlər üçün digər qurumlara da müraciət olunur. Həmin qurumlarda da belə neqativ hallar baş verə bilər və verir. Belə hallarla inzibati metodlarla mübarizə kifayət etmədikdə, biz hüquq-mühafizə orqanlarına məlumatlar veririk. Bu sahələrdə də yeniliklər baş verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR