Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin uşaq bağçaları Bakı meriyasının balansına verilib

Azərbaycan Dövlət Neft Şirkətinin uşaq bağçaları Bakı meriyasının balansına verilib
# 11 yanvar 2012 10:40 (UTC +04:00)
ARDNŞ-in uşaq bağçaları və körpələr evi Bakı şəhər İcra Hakimiyyətinə verilib. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq sənəncamı ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin balansında olan hüquqi şəxs olmayan məktəbəqədər tərbiyə müəssisələrinin daşınmaz və daşınar əmlakı Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib.

Bura, Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 39 körpələr evi və uşaq bağçası daxildir. Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu müəssisələrdə çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR