Bank Of Baku

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi ilə bağlı seminar keçirilib

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi ilə bağlı seminar keçirilib
# 11 yanvar 2012 11:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiqi ilə bağlı seminar keçirilib.

APA-Economics”in məlumatına görə, seminarda Bakı şəhərinin rayonlarının, alternativ müraciət mexanizmlərinin tətbiq olunacağı Sumqayıt şəhərinin, Abşeron rayonunun əhalinin sosial müdafiə mərkəzlərinin və poçt filiallarının rəhbərləri iştirak edib.

Seminarda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası çərçivəsində nazirlik tərəfindən görülən işlərdən biri də ÜSY üçün alternativ müraciət mexanizmlərinin hazırlanmasıdır: “Alternativ müraciət mexanizmləri ünvanlı sosial yardın proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanıb. Bu mexanizmlərin çox böyük üstünlükləri var. Amma vətəndaşların elektron müraciət etmələri üçün çox böyük imkanları yoxdur. Ona görə poçt vasitəsilə müraciətlərə də imkan yaratmışıq”. İ.Rəhimov bildirib ki, bu mexanizmlər hələlik Bakı şəhəri və respublikanın 25 rayonunu əhatə edəcək.

Nazir müavininin sözlərinə görə, ÜSY və digər sosial ödənişlər üçün müraciət edən vətəndaşlara sənədlərinin qəbulu ilə bağlı SMS bildirişlər göndəriləcək. Vətəndaşlar müraciətlərə baxılmasının nəticələri, təyinatlar, bundan sonra isə hər ay yardımın bank hesablarına yatırılması ilə bağlı da SMS məlumatlar ala biləcəklər.

Seminarda yeni müraciət mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb, bununla bağlı təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR