Bank Of Baku

Ötən il Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 7297 müraciət daxil olub

Ötən il Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 7297 müraciət daxil olub
# 11 yanvar 2012 11:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ötən il fevral ayının 24-dən ilin sonunadək Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 7297 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 3682-si şikayət, 2049-u sorğu xarakterli, 1163-ü isə cari problemlərlə bağlı olub, 403-ü aidiyyəti üzrə olmayıb.

Məlumatda bildirilir ki, şikayətlərin 908-nin əsaslı, 2774-nün isə əsassız olduğu müəyyənləşib. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilib, qeydə alınıb və araşdırılıb. Şikayətlər barədə müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR