Bank Of Baku

Azərbaycanda məhsulların bostan və tarlalarda yoxlanılması üçün nəzərdə tutulan səyyar laboratoriyalar hazırdır

Azərbaycanda məhsulların bostan və tarlalarda yoxlanılması üçün nəzərdə tutulan səyyar laboratoriyalar hazırdır
# 11 yanvar 2012 13:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda maşın üzərində səyyar laboratoriyanın quraşdırılması işləri başa çatdırılıb. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib. Onun sözlərinə görə, artıq bu ildən kənd təsərrüfatı məhsullarının bostan və tarlalarda səyyar laboratoriya vasitəsilə yerində yoxlanılması mümkün olacaq: “Quraşdırılması başa çatdırılan iki səyyar laboratoriya istənilən sahəyə çıxıb müvafiq analizləri aparmaq iqtidarına malikdir. Yoxlamalara mart ayından, Bakıdakı istixanalardakı tərəvəzlərin yoxlanılması ilə başlamaq olar. Səyyar laboratoriyalar may ayında, çiyələk mövsümü ilə əlaqədar regionlara çıxarıla bilər. Bundan sonra isə laboratoriyalar öz işlərini mövsümə uyğun olaraq qarpız, yemiş, üzüm və digər məhsulların yoxlamaları ilə davam etdirəcək”.

Y. İbrahimov qeyd edib ki, kənd təsərrüfatı məhsullarından götürülən nümunələrin həmin laboratoriyada analizlərinin cavabları iki saat müddətində bilinəcək: “Səyyar laboratoriyalar vasitəsilə məhsullarda əsasən nitratın, ağır metalların miqdarını, maddə kütləsinə görə keyfiyyət dərəcələrini və məhlulun turşuluq dərəcəsini təyin etmək olacaq”.

Səyyar laboratoriyanın quraşdırılması üçün avadanlıqlar Rusiya, Almaniya, Yaponiya və digər ölkələrdən alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR