Bank Of Baku

Laçından olan məcburi köçkün ailələri Ağcabədidə inşa edilmiş 552 evlik yeni qəsəbəyə köçürülür

Laçından olan məcburi köçkün ailələri Ağcabədidə inşa edilmiş 552 evlik yeni qəsəbəyə köçürülür
# 11 yanvar 2012 15:01 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, proses Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma ev-eşiklərindən didərgin düşən laçınlı məcburi köçkünlər üçün inşa olunan 552 evlik qəsəbə 111 hektar ərazidə yerləşir. Yaşayış massivində 2 yanğınsöndürmə deposu, 1 inzibati bina, 260 yerlik orta məktəb, 2 ədəd 500 kubmetrlik su anbarı, qəsəbənin içməli su ilə təchiz olunması üçün Yuxarı Qarabağ kanalından çəkilmiş su xətti, sutəmizləyici qurğular və digər zəruri infrastrukturlar tikilərək istifadəyə verilib. Qəsəbə təbii qazla da təmin olunub. Bu qəsəbəyə sosial şəraiti çox ağır olan məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR