Bank Of Baku

Göyçayda 2000 hektar taxıl sahəsinə gəmiricilər hücum edib

Göyçayda 2000 hektar taxıl sahəsinə gəmiricilər hücum edib
# 11 yanvar 2012 15:22 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Azərbaycanın Göyçay rayonunda taxıl sahələrinə gəmiricilər hücum edib. APA-nın məlumatına görə, rayonun taxılçıları bu günlərdə sahələrdə aşkar edilən siçanabənzər gəmiricilərin məhv edilməsi üçün dərmanlama işlərini həyata keçirirlər. Fermerlərlə yanaşı rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri də sahələrə baxış keçirir və gəmiricilər və onların yuvaları aşkar edilən ərazilərə sinkfosfid preparatı ilə hazırlanan aldadıcı yem səpirlər. Gəmiricilər rayonun dağətəyi kəndləri olan Qaraməryəm, Qarayazı, Yekəxana, Şahsoltanlı, Bığır, Aşağı Qaraməryəm kəndlərində aşkar edilib. Bu günədək 2000 hektar sahədə az və çox sayda gəmiricilər və onların yuvaları aşkar edilib, həmin yerlərdə dərmanlama işləri görülüb və tədbirlər davam etdirilir. Mütəxəssislərin sözlərinə görə ziyanvericilərə qarşı mübarizə tədbirlərinə vaxtında başlanılmasaydı, həmin taxıl sahələri məhv olardı.
Qeyd edək ki, bu il rayonda 14 min 381 hektar sahədə taxıl səpini aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR