Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturasına qəbul qaydalarında dəyişiklik edilib

Azərbaycanda ali məktəblərin magistraturasına qəbul qaydalarında dəyişiklik edilib
# 12 yanvar 2012 08:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bildirib ki, əvvəlki illərdə qəbul qaydalarına əsasən, bakalavrlar birinci mərhələnin imtahanlarını verdikdən sonra ikinci mərhələdən əvvəl magistr proqramlarını, daxil olmaq istədikləri ixtisasları və ali məktəbləri seçirdilər. Bu il tətbiq olunacaq yeni qadalara əsasən isə bakalavrlar birinci mərhələnin imtahanını verdikdən sonra ikinci mərhələnin imtahanından əvvəl daxil olmaq istədikləri magistr proqramı seçəcəklər. Magistraturaya keçirilən imtahanın ikinci mərhələsindən sonra isə uğur qazanan bakalavrlar müvafiq ixtisasları və ali məktəbləri seçəcəklər.

N. Babayev qeyd edib ki, bu ildən magistraturada yeni ixtisaslar üzrə qəbul aparılacaq. Belə ki, 2011-ci ilin sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarı ilə magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı qüvvəyə minib. Magistraturaya bu ildən yeni ixtisaslara keçid nəzərdə tutulur. Hazırda bununla bağlı ali məktəblərlə iş aparılır. Ali məktəblər öz təkliflərini Təhsil Nazirliyi ilə razılaşdırdıqdan sonra TQDK-ya verəcək. Yanvarın sonuna qədər bu ixtisas üzrə məlumatlar toplanılacaq və son qərar veriləcək.

TQDK rəsmisi deyib ki, magistraturaya qəbul planında əsaslı dəyişiklik yoxdur. Ötən il bu rəqəm 5 min plan yerindən bir qədər çox olub. Bu il də qəbul planının təxminən bu qədər olması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR