Bank Of Baku

İstehsal sexlərində və mağazalarda kolbasa məmulatlarının monitorinqi aparılacaq

İstehsal sexlərində və mağazalarda kolbasa məmulatlarının monitorinqi aparılacaq
# 12 yanvar 2012 09:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ərzaq mağazalarında və istehsal sexlərində kolbasa məmulatlarının monitorinqinə başlayacaq. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq: “Analizlərin aparılması üçün yerli və xaricdən gətirilən kolbasalardan 100-dək nümunələr götürüləcək”.
Şöbə müdirinin sözlərinə görə, monitorinq yanvarın 27-də başa çatacaq. İ.Abdullayev deyib ki, bu yoxlamalar ildə iki dəfədən az olmayaraq aparılır.
Qeyd edək ki, hazırda Azərbaycanda satılan kolbasa məmulatlarının 30 faizi xarici ölkələrdən idxal edilir, 70 faizi isə yerli istehsalın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR