Bank Of Baku

Kür və Araz çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirilən monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirilən monitorinqin nəticələri açıqlanıb
# 12 yanvar 2012 09:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 19 kubmetr/saniyə azalaraq 120 kubmetr/saniyə təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri YVQH-dən 3 dəfə artıq olub.

Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR