Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilir
# 12 yanvar 2012 10:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yanvarın 10-dan etibarən doktorant və dissertantların elmi fəaliyyətinə dair hesabatlarına həsr olunmuş iclaslar keçirilir. İnstitutdan APA-ya verilən məlumata görə, attestasiyada informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 48 doktorant və dissertantın hesabatı dinləniləcək.

Tədbirdə dissertasiya işlərinin məqsədi və bu məqsədə çatmaq üçün qoyulan məsələlər, görülən işlər, dünyanın nüfuzlu jurnallarında nəşr olunan elmi məqalələr və s. haqqında geniş hesabatlar verilir. İclaslarda dissertasiya işlərində qoyulmuş məsələlər üzrə məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin əhəmiyyəti qeyd edilib, elmin səviyyəsinin dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuş məqalələrin, bu məqalələrə başqa müəlliflər tərəfindən istinadların sayı ilə müəyyənləşdiyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR