Bank Of Baku

Ötən il təbii fəlakətlər Çin iqtisadiyyatına 51,6 mlrd. dollar zərər vurub

Ötən il təbii fəlakətlər Çin iqtisadiyyatına 51,6 mlrd. dollar zərər vurub
# 12 yanvar 2012 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il baş verən təbii fəlakətlər Çin iqtisadiyyatına 309,6 mlrd. yuan (51,6 mlrd. dollar) zərər vurub. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Mülki İşlər Nazirliyi açıqlama yayıb.

Təbii fəlakətlər nəticəsində 935 min ev dağılıb, 3,31 mln. bina və 32,4 mln. hektar kənd təsərrüfatı torpaqları ziyan görüb, o cümlədən 2,9 mln. hektar torpaq tamamilə məhv olub.

Bundan başqa, Çində təbiət anomaliyaları 1 126 nəfər ölüb, o cümlədən 112 nəfər itkin düşüb. Ümumilikdə isə təbii fəlakətlər 430 mln. vətəndaşa zərər vurub, 9,4 mln. nəfər təcili evakuasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR