Bank Of Baku

Yolçu Xanvəli doğru deyir, yoxsa faktlar? - VİDEO

Yolçu Xanvəli doğru deyir, yoxsa faktlar? - <font color=red>VİDEO</font>
# 12 yanvar 2012 13:04 (UTC +04:00)
DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin imzası ilə yayılmış məlumatda bildirilib ki, Ağdam rayonunun işğal olunmamuş ərazilərində, xüsusilə Üçoğlan ərazi vahidliyinin Alıbəyli və Böyükbəyli kəndlərində mal-qaranın dabaq xəstəliyinə tutulması barədə xəbərlə bağlı araşdırma aparılıb, məlum olub ki, bu xəbərin heç bir əsası yoxdur və ajiotaj xarakteri daşıyır.

Lakin həm ANS-in yanvarın 11-də adı çəkilən bölgədən yayımladığı reportajdan, həm də APA-nın Qarabağ müxbirinin Böyükbəyli kəndində Rafil Hətəmov və Nadir Quliyevin fermer təsərrüfatında apardığı çəkilişlərdən DBX-nın bu təkzibinin əsassız olduğu ortaya çıxıb. Çəkilişlərdən aydın olur ki, ev heyvanları, xüsusən də mal-qara arasında dabaq xəstəliyinin ən ağır halı müşahidə olunur. Çəkilişlərdə dabaq xəstəliyinin ağır fəsadları aydın görünür. Fermerlər bildirirlər ki, xəstəlik əleyhinə vaksin tapa bilmirlər. Onlar yerli Baytarlıq İdarəsinə və baytarlıq apteklərinə müraciət etdiklərini və əliboş geri qayıtdıqlarını deyirlər. Y. Xanvəlidən fərqli olaraq, yerli baytarlar da faktın mövcudluğunu təsdiq edirlər, ancaq vəziyyəti o qədər də acınacaqlı saymırlar. Ağdam Rayon Baytarlıq İdarəsinin rəis müavini Nəvai Əliyev deyir ki, iribuynuzlu mal-qara arasında dabaq xəstəliyinin yayılmasına dair faktlar var, amma vəziyyət elə də təhlükəli deyil.

Qeyd olunanlardan aydın olur ki, bölgədə xəstəlik var və getdikcə yayılır. Y. Xanvəli isə xəstəliyin qarşısının alınması üçün lazımi tədbirlər görülməsi barədə məsələ qaldırmaqdansa, faktı gizlədib, mətbuatı yalançı çıxarmağa çalışır, APA-nı süni ajiotaj yaratmaqda ittiham edir.

Hər halda kənd təsərrüfatı naziri İsmət Abasov və DBX rəisi Siyalə Rüstəmovanın fakta münasibəti maraqlı olardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR