Bank Of Baku

Xaçmaz rayonu ərazisində iki tarixi abidə məhv olub - FOTOSESSİYA

Xaçmaz rayonu ərazisində iki tarixi abidə məhv olub - <font color=red>FOTOSESSİYA</font>
# 12 yanvar 2012 15:33 (UTC +04:00)
Bunlar Xaçmaz rayonu ərazisində Təpəyaxtı və Həsənqala kəndi ərazisində yerləşən abidələrdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev APA-nın şimal bürosuna bildirib ki, Xaçmaz rayonunun Xudat şəhərində yerləşən arxeoloji abidədə 1970-ci illərdə yoxlama-qazıntı işləri aparılıb. 1980-ci illərdə arxeoloji tədqiqat işləri davam etdirilib. Abidənin e.ə III və IV minilliyə aid olduğu təsdiqlənib. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq, həmin ərazidə fərdi yaşayış evləri tikilməyə başlayıb.

D. Musayev Həsənqala kəndində tarixi abidənin yerləşdiyi ərazidən qazılaraq torpaq qatının aparıldığını və arxeoloji abidənin tədricən məhv olduğunu bildirib: “Bəzən sakinlər bizə fərdi qaydada müraciət edirlər.
Qazıntı işləri aparılan zaman həmin ərazilərdən saxsı qablar və bir sıra arxeoloji nümunələr tapılır”.

Tarixçi alim abidələrin məhv olmasının əsas səbəbini onların mühafizəsinin zəif təşkil olunmasında görür. Xaçmaz rayonu ərazisində yerləşən təxminən e.ə IV min illiyə aid Sərkərtəpə Kür-Araz mədəniyyətinə aid insan məskəni də eyni aqibəti yaşaya bilər.

Belə ki, həmin ərazi də mühafizə olunmur. APA-nın şimal bürosunun verdiyi məlumata görə, abidənin yerləşdiyi sahədə süni göl yaradılıb və kafe inşa olunub.

Qeyd edək ki, Sərkərtəpə ən qədim yaşayış məskənlərindən biridir. Burda çiy kərpicdən inşa olunan 5 dairəvi formalı bina, saxsı qablar, vazalar, yanmış buğda, daş balta, misdən hazırlanan bəzək əşyaları və xəncər tapılıb.

D. Musayev deyib ki, bu abidlərin üzərində onların qədim arxeoloji abidə olması barədə xüsusi lövhələr olmalıdır. Onların dövlət tərəfindən qorunduğu xüsusi vurğulanmalıdır. Çünki bəzi insanlar bu ərazilərdə tarixi abidələrin olmasından xəbərsizdirlər.

Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətçisi Zöhrab Məmmədov APA-nın yerli bürosuna bildirib ki, rayonda tarixi abidələrin mühafizə ilə gündəlik məşğul olurlar. Onun sözlərinə görə, həmin ərazidə süni gölün yaradılması və kafenin tikilməsi barədə onlarda da məlumat var. Şöbədən bu barədə Mədəniyyət və Turizm nazirliyinə məlumat verildiyi bildirilib.

Onu da qeyd edək ki, Xaçmaz rayonunda 62 tarixi abidə qeydiyyatdadır. Qaraqutdu kəndində yerləşən XIV əsrə aid məscidin əsaslı təmirə, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) və kilsənin bərpa olunmasına ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR