Bank Of Baku

Azərbaycan və Gürcüstanın QHT-ləri qan donorluğu sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Gürcüstanın QHT-ləri qan donorluğu sahəsində əməkdaşlıq edəcək
# 13 yanvar 2012 08:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Qan Donorları Assosiasiyası” İctimai Birliyi ilə Gürcüstanda fəaliyyət göstərən “Marneuli Gənclər Mərkəzi” arasında qan donorluğunun inkişafı sahəsində birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb. “Qan Donorları Assosiasiyası” İB-dən APA-ya verilən Memoranduma əsasən birliklər gələcəkdə qan donorluğu sahəsində imkan və ehtiyatlarını səfərbər edəcək, qan xəstəlikləri səbəbindən uşaq ölümünə qarşı birgə mübarizə aparacaq və gənclərin bu sahədə maariflənməsi üçün müştərək layihələrin hazırlanmasında yaxından iştirak edəcəklər.

“Marneuli Gənclər Mərkəzi” “Qan Donorları Assosiasıyası” ilə birlikdə Marneulidə yaşayan gənclərin səhiyyə sahəsində maariflənməsi istiqamətində də layihələr həyata keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR