Bank Of Baku

Milli Arxiv İdarəsi “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş Qaydaları”nı tərtib edib

Milli Arxiv İdarəsi “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş Qaydaları”nı tərtib edib
# 13 yanvar 2012 09:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Arxiv İdarəsi “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş Qaydaları”nı tərtib edib. İdarədən APA-ya verilən məlumata görə, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin rəhbərliyi ilə hazırlanan topluda Azərbaycanda arxiv işi ilə bağlı bütün qanunvericilk öz əksini tapıb.

Qaydalar son 15 ildə qazanılan iş təcrübəsi, arxiv işi sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş normativ-metodiki sənədlərin yenidən işlənməsi nəticəsində hazırlanıb. “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş Qaydaları”nın tətbiqi bütün dövlət arxivləri üçün məcburidir. Bu sənədin qüvvəyə minməsi ilə əlaqədar SSRİ Baş Arxiv İdarəsinin 1983-cü il 7 dekabt tarixli əmri ilə təsdiq edilən “SSRİ dövlət arxivlərinin əsas iş Qaydaları” Azərbaycan Respublikasında öz qüvvəsini itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR