Bank Of Baku

Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Həmkarlar İttifaqları Konfederasiyasında 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
# 13 yanvar 2012 09:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, əvvəlcə şəhidlərin ruhuna dua oxunub. Sonra AHİK sədrinin müavini Aqil Dadaşov 20 Yanvar hadisələrini Azərbaycan xalqının yalnız faciəsi yox, həm də milli-azadlıq hərəkatının uğuru kimi xarakterizə edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin daim böyük ehtiramla yad edildiyini xatırladan A. Dadaşov deyib ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalayıb. O, prezident İlham Əliyevin də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutduğunu, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərdiyini qeyd edib.

Tədbirdə 20 Yanvar Şəhidləri Fondunun rəhbəri Yusif Bünyadzadə çıxış edərək onlara göstərilən qayğıya görə dövlətə və AHİK rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda 127 şəhid ailəsinin hər birinə 100 manat məbləğində maddi yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR