Bank Of Baku

“İcmanın inkişafı üçün icmadaxili əməkdaşlıq və dialoq" adlı layihənin təqdimatı keçirilib - FOTO

“İcmanın inkişafı üçün icmadaxili əməkdaşlıq və dialoq" adlı layihənin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 13 yanvar 2012 11:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Yanvarın 13-də Bakıda Avropa Birliyi və “British Council” təşkilatı tərəfindən həyata keçiriləcək “İcmanın inkişafı üçün icmadaxili Əməkdaşlıq və dialoq" adlı layihənin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, 2 il davam edəcək və 256 min 448 avro büdcəsi olan layihənin 85%-i AB, 15%-i isə “British Council” tərəfindən maliyyələşdiriləcək.

Layihə Oğuz, Balakən, Zaqatala və Qax rayonları ərazisində həyata keçiriləcək. Əsas məqsəd bələdiyyələrin ictimai xidmət səviyyəsi və hesabatlılığının yaxşılaşdırılması və bələdiyyə orqanlarının qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının stimullaşdırılmasıdır. Layihə çərçivəsində bələdiyyələr və QHT təmsilçilərinin iştirakı ilə təlim və dəyirmi masalar keçiriləcək, bələdiyyələrin daha şəffaf fəaliyyəti və cəmiyyətin bələdiyyələrin içində fəal iştirakı məqsədilə hakimiyyət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın strategiyası hazırlanacaq.

Layihənin təqdimatında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və “British Council”ın direktoru Pol Klemenson iştirak edib. R. Kobia layihənin daxil olmuş 89 təklif arasından seçildiyini söyləyib. O bildirib ki, AB Azərbaycandakı layihələrə ayırdığı maliyyənin həcmini iki dəfə artırıb və gələcəkdə də artırmaq niyyətindədir: “Biz Bakıda xeyli layihə həyata keçiririk və Azərbaycandakı digər əhali təbəqələri ilə də əlaqə yaratmaq istədik. Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edirik, lakin digər ölkələrdə olduğu kimi, bələdiyyələr, QHT nümayəndələri və vətəndaş cəmiyyəti ilə birbaşa əlaqə qurmaq istədik”.

P. Klemenson isə qeyd edib ki, layihə yerli hakimiyyət orqanları ilə yerli QHT-lərin əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR