Bank Of Baku

Bakıda yaş məhdudiyyəti ilə əlaqədar əmək müqavilələri ləğv edilən 2000 pedaqoji işçidən 1310 nəfəri müəllim olub

Bakıda yaş məhdudiyyəti ilə əlaqədar əmək müqavilələri ləğv edilən 2000 pedaqoji işçidən 1310 nəfəri müəllim olub
# 13 yanvar 2012 12:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011/2012-ci tədris ili ərəfəsində Bakının orta məktəblərində yaş məhdudiyyəti ilə əlaqədar əmək müqavilələri ləğv edilən 2000 pedaqoji işçidən 1310 nəfəri müəllim olub. APA-nın xəbərinə görə, bunuBakı şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev deyib.

B. Nəbiyev yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərin boş qalan yerlərinə kütləvi şəkildə müəllimlərin işə qəbulu ilə bağlı deyilənlərə münasibət açıqlayıb. Sektor müdiri bildirib ki, işdən çıxarılan 1310 müəllimdən 238 nəfərini ibtidai sinif müəllimləri təşkil edib: “Əmək müqaviləsi ləğv edilən 238 ibtidai sinif müəlliminin 54-ü siniflərdə yığma saatlar hesabına işləyirdi. 24 nəfərin sinifləri şagirdlərin sayı normaya uyğun olmadığından bağlanıb. 109 müəllimin sinifləri isə müəssisədə yığma saatlarla işləyən digər cavan ixtisas müəllimlərinə verilib. Yəni onların yerinə yeni müəllim qəbulu həyata keçirilməyib. Qalan 51 nəfərdən 35-nin yerinə isə sıxlığı çox olan digər məktəblərdən müəllimlər köçürülüb. Yəni bir məktəbdə müəllim sıxlığı, digərində çatışmazlıq varsa, bu zaman belə köçürmələr olur. Bu proses də belə tənzimlənib. İşdən çıxarılan 16 müəllimin yerinə Təhsil Nazirliyinin təşkil etdiyi işə qəbul komissiyasının müsabiqələrindən keçən müəllimlər göndərilib”.

B. Nəbiyev deyib ki, əmək müqaviləsi ləğv edilmiş 519 müəllimin təhsil müəssisəsində 7-12 saat dərsi olub: “Onlardan 508 nəfərinin dərsi həmin məktəbdə işləyən digər ixtisas müəllimlərinə verilib. Bununla bağlı olaraq onların əmək haqlarında da müvafiq artımlar yaranıb. 8 nəfərinin dərsləri isə müəllimi sıx olan digər məktəblərdən köçürmə yolu ilə gələn müəllimlərə verilib. 3 yerə də müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlardan keçmiş müəllimlər göndərilib”.

Sektor müdiri yaş senzi ilə əlaqədar işdən çıxarılan 393 nəfər müəlliminin dərs saatının 12 saatdan çox olduğunu söyləyib. O qeyd edib ki, 323 müəllimin dərsi həmin müəssisədə çalışan digər müəllimlərə verilib: “60 nəfərin dərsləri sıxlığı çox olan məktəblərdən köçürülən müəllimlərə həvalə edilib. Qalan 10 nəfərin yerə Təhsil Nazirliyinin təşkil etdiyi işə qəbul komissiyasının müsabiqələrindən keçən müəllimlər qəbul olunub”.

B. Nəbiyevin sözlərinə görə, işdən çıxarılan 160 müəllimim dərs saatı 6 saata qədər olub: “Bu qədər dərsi olan müəllimlərin işdə qalması isə ümumiyyətlə, müvafiq hüquqi sənədlərin tələblərinə uyğun deyil və yerlərinə kadr təyinatı ola bilməz. Əmək müqaviləsinin ləğv edilməsi tədrisin normal təşkilinə heç bir təsir göstərməyib. Heç bir məktəbdə müəllim çatışmazlığı yaranmayıb”.

Sektor müdiri Bakı şəhəri üzrə yaşı 65-dən yuxarı olan 200 nəfər müəllimlə mövcud müddəalara əsasən bir il müddətinə əmək müqavilələrinin yenidən bağlanıldığını vurğulayıb: “Bu da həmin məktəblərdə müvafiq ixtisaslar üzrə fənn müəllimlərinə ehtiyacın və onların peşəkarlıq səviyyələrinin yüksək olması ilə əlaqələndirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR